Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”

Xəbərlər

14.10.2020 - 11:33

“Heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”

 

Bu gün növbəti dəfə Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

 

Azərbaycanın Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Müəllif: Ayna.az