Müdafiə Nazirliyi: "Dedi-qodu tipli məlumatlar yaymayın"

Xəbərlər

13.07.2020 - 14:48

cedabet dərman SEO Xidməti

“Sərhədboyu əməliyyatların keçirildiyi məlumatları əsassızdır”

 

“Sosial şəbəkələrdə sərhədboyu müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirildiyinə dair məlumatlar yayılır. Bunlar əsassız və qeyri-dəqiq məlumatlardır”. AYNA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.

 

V.Dərgahlı bu kimi əsassız məlumatları yayan şəxslərə müraciət edib: “Belə informasiyalar həqiqəti əks etdirmir. Xalqımız, sosial şəbəkə istifadəçiləri, kütləvi media nümayəndələrindən bu istiqamətdə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara diqqət etmələrini xahiş edirik. Digər dedi-qodu tipli məlumatların yayılması düşmən dəyirmanına su tökməkdir. Odur ki, birmənalı olaraq rəsmi məlumatlara istinad edilməsi vacibdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş