Ryabkov: “Krım Rusiyanın bir hissəsidir, Moskva bu cür təhdidlərin həyata keçirilməsinin qarşısını almaq üçün bir yol tapacaq”
“ABŞ-ın Krıma qarşı təhdidləri məsuliyyətsizlikdir. Moskva yarımadaya mümkün zərbələr təhlükəsinin reallaşmaması üçün bir yol tapacaq”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Krım Rusiyanın ayrılmaz hissəsidir və məsələni başqa cür təqdim etmək, onu təhdid etmək cəhdləri Vaşinqtonun məsuliyyətsiz eskalasiya kursunun növbəti təsdiqidir”, - Ryabkov ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatını şərh edərkən deyib.
Ryabkov qeyd edib ki, Moskva bu cür təhdidlərin həyata keçirilməsinin qarşısını almaq üçün bir yol tapacaq: “Rusiyanın ərazi bütövlüyü və təhlükəsizliyi etibarlı şəkildə təmin olunacaq”.
Bundan əvvəl Sallivan bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin Krıma zərbə endirmək üçün ABŞ silahından istifadə etməsinə etiraz etmir, çünki bu ərazi respublikanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınır.