Moskvada son sutka ərzində 44 nəfər koronavirusdan ölüb

Dünya

13.06.2020 - 03:11

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 44 xəstə vəfat edib.

 

AYNA-nın məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

 

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 44 xəstə dünyasını dəyişib".

 

Ümumilikdə paytaxtda koronavirusdan 3 231 nəfər ölüb, son sutkada 1 714 olmaqla 202 935 virusa yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş