Moskvada koronavirusdan ölənlərin sayı artıb

Dünya

30.07.2020 - 00:39

Koronavirus can almaqda davam edir 

 

Son 24 saatda Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan 12 pasiyent ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Rusiyanın Koronavirus İnfeksiyası ilə bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.  

 

Qeyd edilir ki, bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 4 446-ya çatıb.

 

Epidemiyanın bağlanğıcından Rusiyada koronavirusa 828 990 yoluxma qeydə alınıb, 620 333 insan sağalıb. Eyni zamanda təhlükəli infeksiyadan 13 673 nəfər ölüb.

Müəllif: Ayna.az