Moskvada koronavirusdan ölənlərin sayı 1200 nəfəri keçib

Dünya

13.05.2020 - 02:35

Koronavirus can almaqda davam edir 

 

Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

 

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb. 

 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.

Müəllif: Ayna.az