COVID-19-dan ölənlərin sayı durmadan artır
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.
AYNA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 455 nəfərə çatıb.