Moskvada karantin rejimi tam ləğv edilməyib

Dünya

09.06.2020 - 14:46

Kreml: “Bəzi məhdudiyyətlər qalır”

 

Kreml Moskvada karantin məhdudiyyətlərinin tam aradan qaldırıldığını düşünmür. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə

Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Bu tam ləğv deyil, bəzi məhdudiyyətlər qalır", Peskov bildirib. Kreml rəsmisi həmçinin qeyd edib ki, koronavirusun təhlükələri haqqında vətəndaşlara məlumat verilir: “Yoluxma ilə bağlı vəziyyət yaxşılaşdıqca məhdudiyyətlər daha da aradan qaldırılacaq”.

 

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin şəhərdə karantin rejiminin ləğvi ilə bağlı fərman verib. Fərmana görə, Moskvada icazə ilə küçəyə çıxmaq ləğv olunub, bir sıra ictimai iaşə obyektləri açılıb.

Müəllif: Ayna.az