Moskvada daha 58 nəfər koronavirusdan ölüb

Dünya

06.06.2020 - 02:27

Rusiyada koronavirusdan ölənlərin sayı artıb 

 

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 2 864 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

 

Qeyd edilir ki, ötən sutka paytaxtda daha 58 nəfər koronavirusdan ölüb.

 

"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi daha 58 pasiyent öldü", - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az