Moskvada daha 27 nəfər koronavirusun qurbanı olub

Dünya

12.07.2020 - 01:35

Rusiyada indiyədək 720 547 nəfərdə koronavirus aşkar olunub

 

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 27 nəfər dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

 

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4143-ə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 228,7 min Moskva sakini koronavirusa yoluxub, 164 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.

 

Qeyd edək ki, Rusiyada indiyədək 720 547 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6611 nəfər bu virusa yoluxub, 188 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 11 205 nəfərdir, indiyədək 497 446 nəfər sağalıb.

Müəllif: Ayna.az