Moskvada daha 26 nəfər koronavirusun qurbanı olub

Dünya

23.06.2020 - 06:25

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 26 xəstə ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə paytaxt koronavirusla ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

 

Bildirilib ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 26 xəstə dünyasını dəyişib.

 

Ümumilikdə şəhərdə koronavirusdan 3 643 nəfər ölüb.

Müəllif: Ayna.az