Moskvada daha 14 nəfər koronavirusdan ölüb

Dünya

31.07.2020 - 03:53

Ölkədə 191 042 aktiv koronavirus xəstəsi var

 

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 460 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 834 499, ölənlərin sayı isə 13 802 nəfərdir. Ölkədə 191 042 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az