Moskvada COVID-19-la bağlı vəziyyət gərginləşib

Dünya

28.06.2021 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

Sobyanin: “Son bir həftə ərzində yeni antirekordlar qırdıq”

 

Rusiyada koronavirusa yoluxma sayında artım müşahidə edilir. Paytaxt Moskvada reanimasiya şöbəsi də daxil olmaqla, bütün xəstəxanalara rekord sayda koronavirus xəstələri yerləşdirilib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.

 

Merin sözlərinə görə, Moskvada COVID-19-la bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır.

 

“Son bir həftə ərzində xəstəxanalara yerləşdirmə, reanimasiyada olanlar və koronavirusdən ölənlərin sayında yeni antirekordlar qırdıq”, - deyə Sobyanin söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş