Moskvada COVID-19 daha 70 nəfərin həyatına son qoyub

Dünya

13.11.2020 - 05:46

Koronavirus can almaqda davam edir

 

Moskvada son sutka ərzində daha 70 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 643-ə çatıb.

 

Moskvada ümumilikdə 491 mindən çox insan koronavirusa yoluxub, 354 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş