Moskvada COVID-19 daha 12 nəfərin həyatına son qoyub

Dünya

02.09.2020 - 03:44

Ümumilikdə 263 059 nəfər koronavirusa yoluxub

 

Moskvada son sutkada 12 pasiyent koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19-dan ölənlərin ümumi sayı 4 844 nəfərə çatıb.

 

Moskvada ümumilikdə 263 059 nəfər koronavirusa yoluxub, 215 383 nəfər sağalıb.

Müəllif: Ayna.az