Moskvada bir gündə koronavirusdan 55 nəfər ölüb

Dünya

12.05.2020 - 01:35

Rusiyada koronavirusdan ölənlərin sayı artıb 

 

Rusiyanın paytaxtı Moskvada koronavirus qurbanlarının sayı 1 179 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

 

Qeyd edilir ki, bir gün ərzində paytaxtda daha 55 pasiyent ölüb. 

 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərin müsbət nəticə verdiyi 55 pasiyent öldü", - qərargahda bildiriblər.

 

Bununla da Rusiyada koronavirus 221 344 yoluxma halı qeydə alınıb, 2 009 nəfər ölüb, 39 801 insan sağalıb.

Müəllif: Ayna.az