Cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya vətəndaşlarıdır
Moldovada sabitliyi pozmaq məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan casus şəbəkəsi ifşa edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya vətəndaşlarıdır.
“Dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsi zərərsizləşdirildi. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib”, - deyə qeyd olunub.