Moldovada parlament seçkiləri baş tutub

Dünya

11.07.2021 - 19:38

Həkimlər Klinikalar SEO Xidməti

Seçicilərin 33 faizi Moldova Prezidentinin rəhbəri olduğu partiyaya səs verib

 

Moldovada növbədənkənar parlament seçkiləri keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

 

Moldova vaxtı ilə saat 16:00-a olan məlumata görə, seçicilərin 34 faizə yaxını səsvermədə iştirak edib. Bu, seçkilərin baş tutduğu anlamına gəlir. Qeyd edilib ki, 1 milyon seçici öz səsvermə hüququndan istifadə edib.

 

Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, seçicilərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş