Moldova Rusiya sülhməramlılarının zabitini ölkəyə buraxmayıb

Dünya

01.10.2021 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

Birgə Nəzarət Komissiyası bu davranışı düşmənçilik və "əməliyyatın effektivliyinə xələl gətirən" hal adlandırıb

Moldova hakimiyyəti Rusiya sülhməramlı kontingentinin zabitinin ölkəyə girişinə icazə verməyib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Andrey Qorobtsov Birgə Nəzarət Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, polkovnik O.A.Petrov Rusiyada müalicə aldıqdan sonra bölgəyə qayıtmaq istəyib, lakin Moldova ərazisinə buraxılmayıb. Birgə Nəzarət Komissiyası bu davranışı düşmənçilik və "əməliyyatın effektivliyinə xələl gətirən" hal adlandırıb.

“Biz bu faktı Rusiya tərəfini hərbçilərini sülhməramlı kontingentinə göndərmək hüququndan məhrum etmək cəhdi kimi qiymətləndiririk. Bu addımın nəticələrinə görə məsuliyyət Moldova tərəfinin üzərinə düşür”, - Birgə Nəzarət Komissiyasının bəyanatında qeyd edilib.

Sənəddə eyni zamanda, Rusiyanın 1992 -ci ildə "Moldova Respublikasının Dnestryanı bölgəsində silahlı münaqişənin sülh yolu ilə həll edilməsi prinsipləri haqqında" müqaviləni imzalayan və danışıqlar prosesinin qarantı olduğu xatırladılıb.

Qeyd edək ki, separatçı “Dnestryanı Moldova Respublikası” 1990 -cı ildə Kişinyovla silahlı qarşıdurmadan sonra “müstəqilliyini” elan etdi. Bölgədəki hərbi əməliyyatlar 1992-ci ildə hələ də mövcud olan Rusiya sülhməramlı kontingentinin tətbiqindən sonra sona çatdı. İndi Moldova və “Dnestryanı Moldova Respublikası” münaqişə tərəfləri olaraq, Rusiya, Ukrayna, ATƏT, Avropa Birliyi və ABŞ-ın vasitəçiliyi ilə “5 + 2” formatında Dnestryanı probleminin tənzimləməsi ilə bağlı danışıqlarda iştirak edirlər.

2020-ci ilin noyabrında Moldova Prezidenti seçilən Maya Sandu Rusiya sülhməramlı kontingentinin Dnestryanıdan çıxarılmasını tələb etdi. Onun fikrincə, münaqişənin həlli ilə bağlı danışıqlarda "yumşaq yanaşma" effektli olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş