Miqrasiya Xidməti Azərbaycandakı əcnəbilərə müraciət etdi

Xəbərlər

12.05.2020 - 17:36

cedabet dərman SEO Xidməti

Tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödəməyəcəklər

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı ölkəni tərk edə bilməyən və ya tərk etmək istəməyən əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması barədə müraciətləri hazırda Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və müvafiq dövlət rüsumu ödənilməklə təmin edilir.

 

DMX-dən AYNA-ya verilən məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 2020-ci il mayın 31-dək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

 

Eyni zamanda, bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddətdə həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Əlavə məlumat üçün (012) 919 - Çağrı Mərkəzinə zəng etmək xahiş olunur. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş