Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb

Hadisə

04.02.2021 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində xəsarət alanlar var

 

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb. AYNA-nın APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub.

 

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş