Mineralnıye Vodıya uçan AZAL təyyarəsi uçuşu yarımçıq dayandıraraq Bakıya qayıdıb

Xəbərlər

27.12.2024 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarə komandiri Mahaçqala üzərində hava məkanının bağlanması ilə bağlı NOTAM bildirişi aldıqdan sonra dərhal geri dönmək qərarına gəlib

Bakı-Mineralnıye Vodı marşrutu üzrə J2-8717 reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi havaya qalxdıqdan az sonra yola düşmək üçün hava limanına qayıtmaq məcburiyyətində qalıb. AYNA xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, təyyarə komandiri Mahaçqala üzərində hava məkanının bağlanması ilə bağlı NOTAM bildirişi aldıqdan sonra dərhal geri dönmək qərarına gəlib.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.

AZAL-dan onu da bildiriblər ki, yaxın vaxtlarda Rusiyaya uçuşlar barədə daha ətraflı məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-də AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin beş ekipaj üzvü olub. Hadisə nəticəsində 38 sərnişin ölüb, 29-u sağ qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş