““Milliyət”in etdiyi qorxunc bir xətadır” – <font color=red> Türkiyə səfirliyi</font>

Siyasət

07.09.2020 - 12:49

“Bununla bağlı xəbərdalıq edib, səhvi düzəltdirəcəyik”

 

Bir neçə gün bundan əvvəl Türkiyənin “Milliyyet” qəzetinin saytında Ermənistanın maraqlarına xidmət edən yazı yayımlanıb. Yazıda xüsusi ilə qeyd olunan “Cənubi Qafqazda yerləşən Ermənistanın şərqində qondarma “Dağlıq Qarabağ Respublikası” yerləşir” ifadəsi etirazlara səbəb olub.

 

Lakin Azərbaycan və Ermənistan arasında müharibə ehtimallarının artdığı, Türkiyənin Azərbaycana vahid dəstək sərgilədiyi, Azərbaycanın Rusiyaya etiraz etdiyi və Türkiyə ilə qətiyyətlə bir olduğu zamanda belə bir yazının yayılması Azərbaycan əleyhinə qərəzin olmasından xəbər verir.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altunalın yazının qəsdən yazıldığını bildirib: “Təəssüf ki, bu məlumat cəhalət və fərqinə varılmayan qorxunc bir xətadır. Əlbəttə ki, bununla bağlı xəbərdalıq edib, səhvi düzəltdirəcəyik”. 

Türkiyənin

Müəllif: Ayna.az