Operativ Qərargahın növbəti iclası keçirilib

Siyasət

19.03.2020 - 21:26

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

Martın 19-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

 

Qərargahdan AYNA-ya verilən məlumata görə, iclasda koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər, tətbiq olunmuş məhdudiyyətlərə nəzarət, xaricdəki Azərbaycan vətəndaşlarının təxliyəsi, karantindəki şəxslərin vəziyyəti, xəstələrin müalicəsi və s. məsələlər müzakirə edilib və yeni qərarlar qəbul olunub.

Müəllif: Ayna.az