Milli Məclisin 2 deputatı Qırğızıstana gedir

Xəbərlər

05.01.2021 - 14:28

Sabir Hacıyev və Fazil Mustafa seçkiləri müşahidə edəcəklər

 

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də bu ölkənin paytaxtı Bişkekə səfər edəcəklər.

 

Parlamentdən AYNA-ya verilən xəbərə görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

 

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər yanvarın 13-də başa çatacaq.

Müəllif: Ayna.az