Milli Məclis Ali Baş Komandan İlham Əliyevə təbrik ünvanlayıb

Xəbərlər

24.06.2025 - 12:31

cedabet dərman SEO Xidməti

Təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib

Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

AYNA.AZ xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

Sahibə Qafarova deyib ki, Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi hünərlər xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin bərpa edilməsi üçün canından keçmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da güclənəcək. Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanı və Ordumuzun əsgər və zabitlərini təbrik edirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş