Hindistanda oğurluq və təcavüz cinayətləri ilə ittiham olunan təriqət başçısı dövlət yaradıb
“Hindu” təriqətinin lideri Nizyananda Ekvador adalarında dövlət qurduğunu elan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkəsində böyük davamçı kütləsinə sahib olan Nizyananda Hindistan polisi tərəfindən adam qaçırmaq və təcavüz etmək cinayətlərində ittiham olunur.
Məlumata görə, harada yaşadığı dəqiq bilinməyən Nizyananda "Kailaasa Respublikası" adlı dövlət qurduğunu açıqlayıb və dövlətinin "dünyanın ən böyük və saf hind halqası" olacağını bildirib.
Hindistan mətbuatından verilən məlumata görə, artıq 3 nəfər məşhur şəxs də “Kailaasa Respublikası"na kömək üçün müraciət ünvanlayıb.