Mərmərə dənizində qəza: iki yük gəmisi toqquşub

Dünya

24.10.2021 - 11:37

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb

Mərmərə dənizində iki yük gəmisi toqquşub. AYNA Türkiyə mediasına istinadən bildirir ki, gəmilərdən biri zədələnib və su buraxmağa başlayıb.

Hər iki laynerin Çanaqqalanın Lapseki rayonuna aparıldığı bildirilir.

qəzaya uğrayan "Benitamou" gəmisi Ukraynadan Çinə, "BC Vanessa" adlı gəmi isə Bolqarıstandan Misirə doğru hərəkət edirmiş. Hadisənin bölgədəki qatı duman səbəbindən baş verdiyi ehtimal edilir. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az