Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

İqtisadiyyat

12.03.2025 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz saxlanılıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2 faiz) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş