Merkel daha Kansler olmaq istəmir

Dünya

05.06.2020 - 04:58

Merkel 2021-ci ildən sonra siyasi karyerasını davam etdirmək fikrində olmadığını bildirmişdi

 

Angela Merkel növbəti dəfə Almaniya Kansleri postuna namizədliyini irəli sürmək fikrində deyil. AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə siyasətçinin özü bildirib.

 

“Yox. Yox. Həqiqətən yox”, - Merkel jurnalistin ona Almaniyada keçiriləcək növbəti seçkilərdə Kansler vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə sualını cavablandırarkən deyib.

 

“Bu, tamamilə doğrudur”, - Merkel əlavə edib.

 

Qeyd edək ki, daha əvvəl də o, 2021-ci ildən sonra siyasi karyerasını davam etdirmək fikrində olmadığını bildirmişdi. Merkel siyasi karyerasına Kansler kimi səlahiyyət müddəti bitəndən sonra son qoyacaq.

Müəllif: Ayna.az