Mərhum jurnalist barədə sənədli film çəkilib – <font color=red> VİDEO</font>

Xəbərlər

11.04.2021 - 20:56

Filmdə Rəşad Süleymanovun keçdiyi həyat yolu və yaradıcılığından bəhs edilib

 

Mərhum hərbi jurnalist Rəşad Süleymanov haqqında sənədli film hazırlanıb. AYNA xəbər verir ki, filmdə “Poliqon” (“AzeriDefence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun keçdiyi həyat yolu və yaradıcılığından bəhs edilib.

 

Hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi tezliklə Lider TV və APA TV vasitəsilə geniş ictimaiyyətin diqqətinə təqdim olunacaq.

 

Qeyd edək ki, R.Süleymanov ötən ilin dekabr ayında koronavirusdan sünyasını dəyişib.

Müəllif: Ayna.az