Mənşəyi bilinməyən mallar satılan bazarın sahibi cərimələnib

Xəbərlər

29.10.2021 - 07:35

Həkimlər Klinikalar SEO Xidməti

Aşkar olunmuş faktla bağlı müvafiq tədbirlər görülüb

Tərtər rayonu, H.Əliyev prospekti 52 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Zülfüqaroğlu” MMC-yə məxsus qida məhsullarının satışı bazarında yoxlama keçirilib.

AQTA-dan AYNA-ya verilən məlumata görə, yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulduğu, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Mənşəyi bilinməyən mallar satılan bazarın sahibi cərimələnib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş