Məhşur Hollivud aktyoru vəfat edib

Dünya

11.05.2020 - 16:29

Stiller atasının ölümünün koronavirusla bağlı olmadığını bildirib

 

Dünya şöhrətli aktyor və komediyaçı Jerry Stiller 92 yaşında dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə aktyorun oğlu Ben Stiller sosial media hesabında məlumat verib.

 

Stiller atasının ölümünün koronavirusla bağlı olmadığını bildirib: “Atam Jerry Stillerin vəfat etdiyini elan etməkdən çox böyük kədər hissi keçirirəm. Onun ölümünün koronavirusla heç bir bağlılığı yoxdur. O, 62 ildir ki, çox yaxşı ata, baba və sədaqətli bir ər idi. Sənsiz çox darıxacağıq. Səni sevirəm, ata”.

 

Qeyd edək ki, 2015-ci ildə həyat yoldaşı Anne Mearayı itirən Jerry Stiller “Seinfeld” serialındakı Frank Kostanza obrazı ilə yadda qalmışdı. 1953-cü ildə tanış olan cütlük, 1960-cı illərdə birlikdə nümayiş etdirdikləri şoularla tanınmağa başlamışdı.

Müəllif: Ayna.az