O, aprelin 6-da xəstəxanaya yerləşdirilmişdi
Yaponiyada 63 yaşlı məhşur aktrisa Kumiko Okae müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın vəziyyəti qəfildən pisləşdiyi üçün aprelin 6-da xəstəxanaya yerləşdirilmişdi.
Ötən ilin sonlarında döş xərçənginə görə əməliyyat olunan aktrisanın ölümündə immunitet sisteminin zəifləməsinin əsas rol oynadığı bildirilir.
Qeyd edək ki, Yaponiyanın paytaxtı Tokioda anadan olan Kumiko Okae professional karyerasına 1975-ci ildə teleserialda rol almaqla başlayıb. Karyerası ərzində müxtəlif seriallar və televiziya şouları da daxil olmaqla bir çox filmlərdə iştirak edib.