“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib. AYNA xəbər verir ki, o, fikirlərini “Instagram” hesabında bölüşüb.
Paylaşımda deyilir: “Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”