Məhkəmə qərarları ilə müsadirə edilən 164 milyon manatlıq narkotik məhv edilib

Xəbərlər

30.05.2025 - 13:18

cedabet dərman SEO Xidməti

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Məhkəmələrin qərarlarına əsasən müsadirə olunan 5 ton 094 kiloqram narkotik vasitə məhv edilib.

Bu barədə AYNA.AZ-a Komissiyadan məlumat verilib. 

Bildirilib ki, cari ilin 29 may tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 kq 323.346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 8644 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Narkotiklərin məhv olunması prosesində Müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Dövlət Komissiyasının İşçi Qrupunun, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin,  Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin,  Dövlət Sərhəd Xidmətinin və  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.

Ümumilikdə 2397  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 442 kq 168.579 qr heroin, 2 ton 947 kq 146.882 qr marixuana, 280 kq 746.124 qr tiryək, 26 kq 259.599 qr həşiş, 1 kq 803.286 qr kokain, 396 kq 107.793 qr və 4183 ədəd həb, psixotrop maddələrin və 58860 ədəd çətənə bitkisinin, həmçinin 3877 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş