Məhkəmə-Hüquq Şurası ilə bağlı yenilik

Xəbərlər

26.05.2023 - 13:28

Sədr Şuranın hakim üzvləri sırasından seçiləcək

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın hakim üzvləri sırasından seçiləcək. AYNA xəbər verir ki, bu məqam "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Ayna.az