Mehdiyevin nəvəsinin toyunda iştirak edənlər cərimələniblər - <font color=red> RƏSMİ</font>

Xəbərlər

23.08.2020 - 11:55

cedabet dərman SEO Xidməti

Abel Məhərrəmov, Əli Abbasov, Siyavuş Novruzov, Səbinə Əliyeva, Murad Adıgözəlzadə və Aysel Adıgözəlzadə 400 manat məbləğində cərimə olunublar

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

 

Bununla yanaşı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə də xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

 

Qeyd edək ki, avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, avqustun 22-də qız övladına toy mərasimi keçirən İ. Əliyev və qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarılıb. İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələnib - FOTO

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş