“Mədəniyyətlərin qovşağında tale”

Mədəniyyət

10.12.2024 - 02:11

Həkimlər Klinikalar SEO Xidməti

Xalq artistinin yaradıcılıq gecəsi keçirilib

Bakıdakı Rus Evində Azərbaycanın Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Fəxrəddin Kərimovun “Mədəniyyətlərin qovşağında tale” adlı yaradıcılıq gecəsi keçirilib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən Azərtac-a bildirilib ki, tədbirdə F.Kərimovun yaradıcılıq taleyinə təsir edən mühüm hadisələrdən bəhs edilib.

Musiqiçinin dostları və həmkarları gecəni maestronun yaradıcılığına heyranlıqlarını ifadə etdikləri çıxışlarla tamamlayıblar. Yaradıcılıq gecəsinin baş qəhrəmanını və zaldakı tamaşaçıları musiqili sürprizlər gözləyirdi. Rus klassiklərinin ölməz şah əsərləri - “Muza” romansı və S.Rahmaninovun do minor şəkil etüdü Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Yuliya Kərimova, həmçinin BMA-nın tələbəsi Xəlil Mütəllibovun ifasında səsləndirilib.

Görüşün sonunda dinləyiciləri maraqlandıran suallar verilib.

“Mədəniyyətlərin qovşağında tale” “Mədəniyyətlərin qovşağında tale” “Mədəniyyətlərin qovşağında tale” “Mədəniyyətlərin qovşağında tale”
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş