Masallıda ov edən Astara sakinləri saxlanılıb

Hadisə

20.02.2021 - 11:16

Sənədləri olmayan “Tulka” markalı ov tüfəngi aşkarlanıb

 

Masallı polisi rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayevi saxlayıblar. 

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.

 

Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş