Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Masallı rayonunun Bambaşı kəndində ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, ümumi sahəsi 240 kvadratmetr olan evin (hər mərtəbəsi 120 kvadratmetr) ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.