Marşrutlarda kondisionerlər qoşuldu

Xəbərlər

11.06.2020 - 10:44

cedabet dərman SEO Xidməti

TƏBİB-lə aparılan müzakirələr müsbət nəticələnib

 

Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub. AYNA bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Bildirilib ki, Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

 

Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş