Mark Zukerberq sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib

Dünya

05.10.2021 - 08:04

Həkimlər Klinikalar SEO Xidməti

Mark: "Bugünkü nasazlığa görə üzr istəyirəm"

“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.

AYNA xəbər verir ki, bu barədə Mark Zukerberq özünün şəxsi "Facebook" səhifəsində yazıb.

““Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayn işləməyə başlayıb. Bugünkü nasazlığa görə üzr istəyirəm. Yaxınlarınızla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”, - o yazıb.

Qeyd edək ki, “Facebook”, “WhatsApp”, “Instagram”da problem yaranıb. Sosial şəbəkə platformalarındakı nasazlıq altı saatdan sonra aradan qaldırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş