Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib

İdman

27.10.2021 - 21:57

Evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var

Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, bununla bağlı ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.

Veteran hücumçunun Vilya-Fiorito şəhərindəki Asamor küçəsi 523 ünvanında yerləşən evi ölkə üçün tarixi dəyərə malik olan yer elan edilib.

3 otaqdan ibarət evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş