Makron gələn həftə ABŞ-a səfər edəcək

Dünya

20.02.2025 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın gələcəyi ukraynalılar və avropalılar olmadan həll edilə bilməz”

Donald Trampın mübahisəli bəyanatları fonunda Fransa Prezidenti Emmanuel Makron gələn həftə Amerika lideri ilə danışıqlar aparmaq üçün ABŞ-a səfər edəcək. AYNA xəbər verir ki, bu barədə “Bloomberg”ə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib.

"O, avropalılar və Avropanın təhlükəsizliyi üçün danışıqlar aparacaq" deyən Haddad bildirib ki, Ukraynanın gələcəyi ukraynalılar və avropalılar olmadan həll edilə bilməz.

Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals da Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmerin gələn həftə ABŞ-a səfər edəcəyini açıqlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş