Makron ABŞ-a səfər etməyəcək

Dünya

06.03.2025 - 00:25

Həkimlər Klinikalar SEO Xidməti

Fransa Prezidenti “indiki mərhələdə” Vaşinqtona səfər planlaşdırmır

Fransa Prezidenti Emmanuel Makron “indiki mərhələdə” Vaşinqtona səfər planlaşdırmır. AYNA.AZ xəbər verir ki, bu barədə martın 5-də Yelisey sarayı məlumat yayıb.

Bununla da Fransa dövlət başçısının Mətbuat Xidməti Fransa hökumətinin mətbuat katibi Sofi Primanın Makronun Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keir  Starmerlə birlikdə ABŞ paytaxtına səfərinin “planlaşdırılmış” olması və “yaxın gələcəkdə” baş tuta biləcəyi barədə yaydığı məlumatı təkzib edib.

Bundan əvvəl analoji məlumatı diplomatik dairələrdəki mənbələrə istinadən Britaniyanın “Daily Mail” tabloidi yayıb. Jurnalistlərin fikrincə, Starmer və Makron Zelenskini Trampa “vahid cəbhə” təqdim etmək, ona Ukraynada atəşkəs planını təqdim etmək üçün müşayiət etmək niyyətindədirlər. Nəşr qeyd edib ki, Britaniya, Fransa və Ukrayna liderlərinin ABŞ-a birgə səfəri gələn həftənin əvvəlində baş tuta bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş