Hazırda Emreli 2 milyon avroya bərabər göstərilir
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb. AYNA xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
Bildirilib ki, mövsümün əvvəllərində transfer qiyməti 1 milyon avro olan 24 yaşlı forvardın “Legiya”dakı parlaq çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib. Hazırda Emreli 2 milyon avroya bərabər göstərilir.
Bununla o, Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sıralamasında ilk “10-luğ”a girib. Mahir komanda yoldaşı Bartoş Slişlə 9-10-cu yerləri bölüşürsə, liqanın ən bahalı oyunçusu Kaçper Kozlovskidir. “Poqon”un yarımmüdafiəçisinin qiyməti 8 milyon avrodur.
Qeyd edək ki, Mahir Emreli yayda “Qarabağ”dan “Legiya”ya keçib.