Sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır
İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib. Bu barədə AYNA-ya AZAL-dan bildirilib.
Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.