Budapeşt Kiyevə təhlükəsizlik zəmanətləri və həmçinin yeni hərbi yardım paketi haqqında sənəd layihəsini rədd edib
Macarıstan cümə günü Avropa İttifaqı səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini bloklayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Budapeşt cümə günü “Kiyevə təhlükəsizlik zəmanətləri və həmçinin yeni hərbi yardım paketi haqqında sənəd layihəsini rədd edib”.
Qeyd edək ki, fevralın 24-də Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Macarıstan Aİ-nin Ukraynaya əlavə on milyardlarla avro hərbi yardım göstərməsinə razı olmayacaq və Rusiya fərdlərinə və şirkətlərinə qarşı fərdi sanksiyaların uzadılması ilə bağlı tələsik qərara qarşı çıxacaq.