XİN başçısı: “Budapeşt İsveçin NATO-ya üzv olmaq istəyini dəstəkləyəcək”
“Budapeşt İsveçin NATO-ya üzv olmaq istəyini dəstəkləyəcək. Macarıstan Parlamentində uzun sürən ratifikasiya prosesini tamamlamaq sırf texniki məsələ olaraq qalır”. AYNA “Bloomberg”ə istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Macarıstan İsveçin ərizəsini yalnız Türkiyənin müvafiq addımından sonra ratifikasiya etməyə hazır olacaq.
Qeyd edək ki, iyulun 10-da NATO baş katibi Yens Stoltenberq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyənin İsveçi ən qısa zamanda NATO-ya qəbul etməyə razılaşdığını açıqlayıb.